Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ələt Azad İqtisadi Zonasında 50 yaşlı ağaclar kəsiləcək –

User 30 Oktyabr 2023 - 19:05 (Last updated: 21 May 2025 - 20:15)
valeh01
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Ələt Azad İqtisadi Zonasında yaşıllıqların mühafizəsi və yeni yaşıllıq zonalarının salınmasına dair ictimai dinləmə keçirilib.
Bu barədə Azpost.info-ya  Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, buraya aid qanunvericilik ən dəqiq işlənmiş, investorların cəlb edilməsi üçün ən uğurlu qanunvericilik, normativ hüquqi baza hesab olunur. İkincisi, infrastrukturla təmin olunmuş ərazi lazımdır. Bu da yaradılıb. Birinci mərhələdə 60 hektar ərazidə torpaq işləri görülüb, yollar, su, qaz xətləri çəkilib, ofis binası, elektrik enerjisi ilə təmin etmək üçün 160 meqavatlıq yarımstansiya tikilib. “Növbəti mərhələ üçün ərazilər hazırlayırıq. 138 hektar əlavə ərazidə hazırlıq işləri gedir ki, həmin ərazinin 41 hektarının sahibi var. Onlar xarici investorlardır. Orada böyük müəssisələr tikiləcək. Ona görə də həmin ərazidə işləri qısa müddətdə bitirməliyik”.
V.Ələsgərov investorlardan birinin iki-üç aydan sonra ən azı 85 min kvadratmetr ərazini əhatə edən müəssisənin tikintisinə başlamaq istədiyini qeyd edib: “Ona görə də biz ərazini hazırlamalıyıq. Ərazini hazırlamaq üçün orada köhnə ağac emalı kombinatı sökülüb və təmizlik işləri gedir. Oradakı ağaclar da böyük ehtimal yarım əsr bundan əvvəl əkilib. Son 30 ildə isə həmin ağaclara qulluq edilməyib. Həmin ağacların vəziyyəti göz qarşısındadır. Ərazidə infrastruktur işləri ilə bərabər ən yüksək ekoloji tələblərə cavab verən tədbirlər görüləcək. Təbii ki, götürüləcək ağacların yerinə yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulub. Belə ki, 138 hektar ərazinin 10.5 hektar hissəsində yaşıllaşdırma, abadlaşdırma işləri zamanı 10 növdə 1513 ədəd ağac əkiləcək. Həmçinin ərazidə 15 növdə 39 min kol tipli gülün əkiləcəyi, geniş yaşıl örtüklü sahələr salınacağı nəzərdə tutulub. Tikiləcək müəssisədə tullantı sularının kanalizasiyaya axıdılmamasını şərt qoymuşuq. Bir tərəfdən müəssisənin fəaliyyətində, digər tərəfdən ekoloji məsələlərin nəzərə alınmasında maraqlıyıq. Ətraf mühit məsələlərinə çox diqqətlə yanaşırıq. Ən müasir texnologiyalardan istifadə edərək sıfır tullantı tətbiq ediləcək. Müəssisəyə gedən yollarda da Abşeron yarımadasının iqlimi üçün xarakterik bitkilərin əkilməsi nəzərdə tutulub. Bundan sonra da görüləcək infrastruktur işlərində ekoloji tələblərə ən yüksək səviyyədə cavab veriləcək”.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Agentliyə təqdim edilən bütün infrastruktur layihələrin ictimai dinləməyə çıxarıldığını, onlara müvafiq qanunvericiliyin tələblərinə uyğun rəy verildiyini diqqətə çatdırıb. O, əlavə edib ki, təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələblər qoyulur.
İctimai dinləmə ekoloqlar, QHT və KİV nümayəndələrinin yaşıllıqların götürülməsi, bərpa dəyəri, ekoloji mühitin yaxşılaşdırlması istiqamətində apardıqları müzakirələrlə davam edib. Sonda ərazidəki yaşıllıqların götürülməsi ilə bağlı müraciətə müvafiq qanunvericilik çərçivəsində baxılaraq nəticəsi barədə məlumat verilməsinə qərar verilib.
Azpost.info

Post navigation

Previous: Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun?
Next: “HƏMAS-ın girovların görüntülərini yayması qəddar təbliğatdır”

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.