“El-1 döyüş növü üzrə Respublika turniri” keçirilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası “Gənclərin Seçimi: Narkomaniyasız Dünya” adlı layihənin icrasını davam etdirir.

Layihə çərçivəsində 06.10.2024 tarixində Azərbaycan Texniki Universitetinin İdman Sarayında “El-1 döyüş növü üzrə Respublika turniri” keçirilib. Ümumilikdə 100 nəfər iştirakçının qatıldığı yarışda komanda hesabında Bozqurd komandası 1-ci, Kombat komandası 2 -ci, Neftçi komandası 3 -cü yerə çıxıb. Sonda qaliblərə diplom və medal, qalib komandalara kubok təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşları  El-1 idman liqası, Neftçi İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.