“Əl çək məndən, uğursuz bədbəxt”-Arvadı Makrona daha nələr deyib?

Fransa Prezidentinin Emmanuel Makronun arvadının ona sillə vurması ilə kadrlar dünən gündəmə gəlib.

Teleqraf xəbər verir ki, “The New York Post” qəzeti Fransa prezidentinin arvadı ilə mübahisəsindən yazıb.

Bricit ərinə sillə vurandan isə yuxarıdakı replikanı söyləyib. Nəşr bu cümləni onun dodaqlarından oxuyub.

“The New York Post” yazır ki, təyyarə trapının zirvəsində vəziyyət yenidən gərginləşib: “Makron nəzakətlə arvadına əl uzadıb, amma xanım onun jestini rədd edib və məhəccərdən yapışıb. Ərinin əlindən çıxarkən o pıçıldayıb: “Dégage, espèce de loser” – bunu “Əl çək, uğursuz bədbəxt” kimi tərcümə etmək olar… Bir an sonra Makron vəziyyəti düzəltməyə çalışraq deyib: “Essayons, s’il te plaît” – “Gəl bir də cəhd edək, xahiçş edirəm”. Bricit ona soyuq və qısa cavab verib: “Non” – “Yox”. Onun sonuncu ifadəsi “Je vois” – “Anlayıram” və üz ifadəsi artıq özü hər şeydən xəbər verir”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən üzünə şillə vurulması anı sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Hadisə Makronun Asiya səfərləri çərçivəsində Vyetnamda təyyarədən enərkən baş verib.

Fransa lideri Vyetnamda təyyarədən enərkən prezidentin üzünə bir əlin dəyməsi görünüb. Makronun üzünə dəyən əlin sahibinin həyat yoldaşı Bricit Makron olduğu düşünülür. Çünki birinci xanım bir neçə saniyə sonra uçuş-enmə zolağına çıxanda qırmızı libasda görünüb.

Video AP agentliyinin kamerasına düşsə də, əvvəlcə “Russia Today” və ona yaxın hesablar tərəfindən paylaşılıb. Ancaq AP rəsmi olaraq videonun səhihliyini təsdiq edib. Fransa mətbuatında Makrona yaxın mənbələrə istinadla hadisənin mədəni bir müzakirənin gedişatında baş verdiyi barədə xəbər yayıb.

Xatırladaq ki, Bricit Makron Fransa Prezidentinin keçmiş müəllimidir, ondan 24 yaş böyükdür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.