32 il əvvəl -1992-ci ilin iyunun 7-də Azərbaycanda keçirilmiş prezident seçkiləri SSRİ dağıldıqdan sonra müstəqil ölkənin ilk siyasi addımı olub.
Azpost.info bildirir ki, çox mürəkkəb siyasi şəraitdə və hakimiyyət böhranı vəziyyətində baş tutmuş bu seçkidə ölkənin tanınmış siyasi xadimləri namizəd olaraq qatılıblar. Ayaz Mütəllibovun martın 5-də istefasından sonra təyin olunmuş seçkilər Azərbaycan ictimai-siyasi həyatında bir sıra sınaqlarla müşaiyət olunub. Həmin ilin may ayında Şuşa və Laçının erməni silahlı qüvvələri tərəfindən işğal olunması, Ayaz Mütəlliibovun ikinci dəfə hakimiyyətə qayıtmaq cəhdi, AXC-nin rəhbərliyi ilə hakimiyyətin dəyişdirilməsi bu prosesin mürəkkəb məqamlarındandır.
Bütün bunlara baxmayaraq prezident seçkisi təxirə salınmayıb. İyunun 7-nə təyin edilmiş bu seçkilərdə 5 namizəd olub. Prosesin favoriti AXC-nin namizədi Əbülfəz Elçibəy sayılrıdı. Onun rəqibləri Ali Sovetin sabiq sədri Yaqub Məmmədov, ədliyyə naziri İlyas İsmayılov, alim Nizami Süleymanov, Rafiq Turabxanoğlu prezident postu uğrunda mübarizə aparıb.
“Youtube”da 215 KL studiyasının sabiq əməkdaşı olmuş Sabiroğlu öz arxivindən prezidentliyə namizədlərin AZTV-də canlı efirdə yayımlanmış debatı ilə ilə bağlı arxiv görünütlərini paylaşıb.
Bu kadrlarda prezidentliyə 4 namizəd jurnalistlərin suallarına cavablandırır, öz seçki vədlərini açıqlayırlar. Debatda yalnız bir nəfər – AXC-nin namizədi olan Əbülfəz Elçibəy iştirak etməyib. Kadrlarda tanınmış jurnalistləri görmək mümkündür.
Qeyd edək ki, 1992-ci ilin iyunun 7-də keçirilmiş prezident seçkilərində AXC-nin namizədi Əbülfəz Elçibəy qalib gəlib. 1 ildən sonra polkovnik Sürət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyam nəticəsində hakimiyyətdən devrilib.
Siyasi rəhbərliyin dəvəti ilə Naxçıvandan Azərbaycana dəvət olunmuş Ali Məclisin sədri Heydər Əliyev Ali Sovetin sədri seçilib. O, siyasi və hərbi böhranı həll edə bilib. 1993-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərində Heydər Əliyev dövlət başçısı seçilib.
Azpost.info həmin görüntüləri təqdim edir: