Elçin Əmirbəyov: “Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil”

29 Oktyabr 2020 - 13:19

“Bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə görüşü nəzərdə tutulmuşdu. Həmin görüş astanasında Bərdənin raket hücumuna tutulması Ermənistanın göndərdiyi bir mesajdır”.

“Report” xəbər verir ki, bu fikirləri hazırda Bərdə şəhərində olan Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, Ermənistan heç də sülh prosesinin bərpa olunmasında maraqlı deyil: “Onlar heç də işğal olunmuş Azərbaycan torpaqlarından çıxmaq istəmirlər. Hətta humanitar atəşkəsin əldə olunmasında da məqsədləri ondan ibarətdir ki, vaxt qazanaraq yenidən silahlar alıb, silahlı qüvvələrini qruplaşdırıb yenidən Azərbaycana qarşı təcavüzü davam etdirsinlər. Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir. Biz heç kimə güvənmirik. Biz gözləyirdik ki, beynəlxalq ictimaiyyət tərəfindən səmərəli addımlar atılacaq. Ancaq təəssüflər olsun ki, onlar tərəfindən səmərəli addımlar atılmayıb. Cənab Prezidentin dediyi kimi, biz öz qüvvəmiz və imkanlarımızla tarixi ədaləti bərpa edirik”.