Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil: “Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Elçin Əmirbəyov: “Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil”