Elçin Sadıqov Vəkillər Kollegiyasına bərpa olunub

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin  bu gün keçirilən iclasında tanınmış vəkil Elçin Sadıqovun kollegiyadan xaric edilməsi barədə İntizam Komissiyasının 06.07.2023-cü il tarixli qərar ləğv edilib.

Azpost.info bildirir ki, bu barədə Gununsesi.infonun əldə etdiyi məlumatda bildirilir.

E.Sadıqov öz paylaşımında məlumatı təsdiq edib. “Vəkillik fəaliyyətim bərpa olundu. Hər kəsə dərin təşəkkürümü və ehtiramımı bildirirəm”.

Məlumata görə, Elçin Sadıqovla bağlı iş rəy verilməsi üçün yenidən İntizam İcraatına göndərilib .

Qeyd edək ki, Elçin Sadıqovun kollegiyadan çıxarılması barədə qərar Azərbaycana qarşı beynəlxalq tənqidlərə səbəb olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.