Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov vəkili tərəfindən verilən apellyasiya şikayətini geri götürüb.

Bu barədə APA-ya deputatın vəkili məlumat verib. Vəkil bildirib ki, Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilən həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti versə də, müdafiə etdiyi şəxs bu gün şikayəti geri götürdüyünü bildirib.

Qeyd edək ki, avqustun 3-də Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Qərara əsasən E. Səlimov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb. Milli Məclisin qərarı ilə E. Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sərhəddə gərginlik Qarabağla bağlı razılaşmaların reallaşmasını çətinləşdirir” –

Sonrakı məqalə

Azərbaycanın dövlət borcu nə qədərdir? –