“Sərhəddə gərginlik Qarabağla bağlı razılaşmaların reallaşmasını çətinləşdirir” –KTMT-nin Baş katibi

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti siyasi yolla tənzimlənməsi imkanları tükənməyib”.

Azpost.info bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stansilav Zas Ermənistanda hərbi hissədə olarkən jurnalistlərə bildirib.

Zas deyib ki, situasiya KTMT-nin diqqətindədir: “Vəziyyətin siyasi yolla həlli tərəflər üçün ən yaxşı variant olardı. Biz gözləyirik ki, tərəflər buna gələcəklər və fikir ayrılığını siyasi yolla həlli üçün lazım olan addımı atacaqlar”. 

KTMT-nin baş katibi Rusiya-Ermənistan-Azərbaycan işçi formatının vacibliyini qeyd edib. “Biz son zamanlar sərhəddə toqquşmaların baş verməsindən ciddi narahatıq. Bu 3 dövlətin Qarabağla bağlı əldə etdikləri razılaşmaların reallaşdırlmasını çətinləşdirir”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yüksəliş” müsabiqəsinin qaliblərinə 20 min manat verildi

Sonrakı məqalə

Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb