Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir

Eldar Mahmudov
Eldar Mahmudov

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

AzPost xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda  “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, bir neçə dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.