“Elektron jurnal”ın tətbiq olunduğu məktəblərin sayı açıqlanıb

Təhsil nazirliyi
Təhsil nazirliyi

 

Bakı, Sumqayıt və 11 bölgəni əhatə edən 204 təhsil müəssisəsində elektron jurnal və gündəlik layihəsi tətbiq olunur.

Təhsil Nazirliyindən verilən xəbərə görə, pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib.

Elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən təlimlərə 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları qatılıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən ölkənin seçilmiş təhsil müəssisələrində “e-Jurnal” layihəsinin tətbiqi prosesinə başlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir