Elektron resept sisteminə tam keçid prosesi ləng gedir. Həkimlər hələ də kağız reseptdən istifadə edirlər.
AzPost bildirir ki, ötən ilin yanvar ayının 1-dən etibarən ölkədə reseptlərin elektron qaydada yazılması nəzərdə tutulmuşdu. Bu qərar xəstələrin məlumatlarının mərkəzləşdirilmiş sistemdə toplamasını, reseptlərin düzgünlüyü və şəffaflığını təmin etməyi hədəfləyirdi. Lakin bir çox tibb müəssisələrində hələ də reseptlərin kağız formada verildiyi müşahidə edilir.
Əksər apteklərə də ümumiyyətlə elektron qaydada resept təqdim edilməyib. Bəzilərində isə əksinə, belə müraciətlər artıb.
Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, tabeliklərində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə bu sistemindən istifadənin vacibliyi və sistemiə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən “Elektron resept” yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə elektron resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidirlər. Elektron reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Həkimlər yeni qaydada yazmaqdan, apteklər isə dərman vasitələrini bu resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.
Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da, öz növbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.