Əli Əsədov Gürcüstanın Baş nazirnə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, Ə.Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.

Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.