Əli Əsədov Paşinyana cavab verib

Baş nazir Əli Əsədov Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Konfransında ermənistanlı həmkarı Nikol Paşinyana cavab verib.

Hökumət başçısı Azərbaycanın 5 qonşusundan 4-ü ilə çox yaxşı iqtisadi və ticarət əlaqələrinin mövcud olduğunu qeyd edib.

Əli Əsədov bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi ilə əlaqədar öz mövqeyini bildirib. O əlavə edib ki, Azərbaycan ötən ay həyata keçirdiyi antiterror tədbirlərindən sonra da sülh müqaviləsinin bağlanması mövqeyində qalır.

“Biz kommunikasiyaların açılmasını istəyirik, ancaq bu tək bizdən asılı deyil, qarşı tərəf istədiyi təqdirdə biz buna hazırıq. Digər situasiyada da bizim kifayət qədər imkanlarımız var”, – Baş nazir qeyd edib.

Əvvəlki məqalə

“İsrail insanlığa qarşı cinayət törədir”

Sonrakı məqalə

Azərbaycanın regionun dörd qonşu ölkəsindən üçü ilə çox gözəl əlaqələri var