Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Əli Əsədov ÜST-nin Baş direktoru ilə görüşüb

Orkhan Ali 14 Mart 2024 - 18:05 (Last updated: 21 May 2025 - 20:15)
65f302b78a69865f302b78a699171042475965f302b78a69665f302b78a697

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib.

Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.

Post navigation

Previous: Britaniya hökuməti Sunakı yola salır?
Next: Şeyxülislam Allahşükür Paşazadə ABŞ səfirini qəbul edib –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi...
Read more about Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.