Əli Kərimli Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə şübhəli şəxs kimi istintaqa cəlb olunub

Məlumdur ki, dünən AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılmış, daha sonra onlar DTX-yə aparılaraq orada dindirilmişlər.

APA xəbər verir ki, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.

Hələlik onlara ittiham elan olunmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.