Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Əlill uşaqların sağlamlığı ilə bağlı təlimlər yekunlaşıb

User 07 Oktyabr 2025 - 16:50 (Last updated: 07 Oktyabr 2025 - 22:15)
pe01

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Pediatriyada Refleksoterapiya” layihəsi çərçivəsində 10 təlim mərhələsini uğurla başa vurub.

Layihənin əsas məqsədi — əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində anaların bilik və bacarıqlarını artırmaq, onları alternativ və tamamlayıcı terapiya üsullarından biri olan refleksoterapiya ilə tanış etməkdir.

Təlimlər zamanı iştirakçı analara refleksoterapiya haqqında ümumi anlayışlar, bu sahədə istifadə olunan cihaz və alətlər, uşaq sağlamlığında refleksoterapiyanın rolu, refleksoterapiya metodları və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, refleksoterapiyanın uşaqlarda ağrıların azaldılması, immunsistemin möhkəmləndirilməsi, stres və narahatlığın azaldılması kimi müsbət təsirləri barədə praktiki biliklər təqdim olunub.

Təlimlərdə iştirak edən analar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktik məşğələlərdə iştirak edərək refleksoterapiya texnikalarının tətbiqini yerində öyrəniblər. Bu, onların öz övladlarının reabilitasiya prosesinə daha fəal şəkildə qoşulmasına imkan yaradır.

Layihə çərçivəsində keçirilən təlimlər 28 oktyabr 2025-ci il tarixinədək davam edəcək. Yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq və layihənin nəticələri ictimaiyyətə təqdim ediləcək.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin nümayəndələri bildiriblər ki, bu cür layihələr valideynlərin bilik səviyyəsini artırmaqla yanaşı, uşaqların reabilitasiya prosesinə yeni nəfəs gətirir və ailələrin sosial inteqrasiyasına töhfə verir.

AzPost.az

Post navigation

Previous: “Qafqaz ABŞ-ın diqqət mərkəzində olmalıdır, Çin sürətlə gəlir”-
Next: Bakıda həbsdə olan Vardanyan Rusiyada avtomobil biznesini tərk edib –

Oxşar xəbərlər

iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
aile mubahise
  • Sosial

Biri pul yığır, digəri xərcləyir – Ailədə pul mübahisələrinin əsl səbəbi nədir?

User 28 Oktyabr 2026 - 10:43

xƏBƏR

iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...
Read more about İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir
28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir? burcler
  • Maraqlı

28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?

User 28 Oktyabr 2026 - 11:10
Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır? baliq
  • Maraqlı

Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?

User 28 Oktyabr 2026 - 10:50
Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.