“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirir. Layihənin birinci tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 19.07.2025-ci il tarixində baş tutmuşdur.
Tədbirdə 8 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdirdi. Bu müsabiqə, əlillərin cəmiyyət içərisində daha çox yer tutmasına və onların istedadlarının tanınmasına böyük töhfə verir. Tədbir iştirakçıları arasında musiqiçilər, rəssamlar, yazıçılar,şairlər və əl işləri ustaları yer aldı.”GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğuladı.İlk mərhələdə iştirakçılar çoxsaylı fərqli sahələrdən (musiqi, rəsm, əl işləri) öz istedadlarını təqdim etdilər və üç nəfər iştirakçı finala vəsiqə qazandı.
Müsabiqənin məqsədi:
Əlillərin cəmiyyətdəki yerini möhkəmləndirmək, onların bacarıqlarını ortaya qoymalarına şərait yaratmaq və istedadlarını daha geniş auditoriyaya tanıtmaqdır. “GÜLSAM”İctimai Birliyi, hər bir iştirakçının öz istedadını inkişaf etdirməsi üçün lazımi dəstəyi göstərməkdə davam edəcək.
Təşkilat olaraq bizim ən böyük uğurlarımız tədbirlərdə iştirak edən iştirakçıların sevincləri,üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.
