Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Elm dünyasını təəccübləndirən kəşf: Köpəkbalıqları səs çıxarırmış

Orkhan Ali 27 İyun 2025 - 19:23 (Last updated: 27 İyun 2025 - 16:10)
1
Köpəkbalıqları uzun illərdir səssiz yırtıcılar kimi tanınırdı. Sənədli filmlərdə, populyar kinolarda və hətta elm adamları arasında belə, onların səssiz olması geniş yayılmış bir fikir idi. Lakin bu anlayış dəyişmək üzrədir.
Qaynarinfo ” USA Today”a istinadən xəbər verir ki, “Royal Society Open Science” jurnalında çərşənbə günü dərc edilən yeni araşdırma rig köpəkbalıqlarının səs çıxardığına dair ilk sənədləşdirilmiş nümunəni ortaya qoyub.
Araşdırmada Yeni Zellandiya sahillərində yaşayan kiçik bir növ olan rig köpəkbalıqlarının alimlər yaxınlaşdıqda və su altında saxlandıqda tıqqıltıya bənzər səslər çıxardıqları müəyyən edilib. Tədqiqatın müəlliflərinin sözlərinə görə, elmi adı Mustelus lenticulatus olan bu köpəkbalıqları düz dişlərini sürətlə bir-birinə vuraraq bu səsləri yaradır.
Təsadüfi kəşf yeni araşdırmalara yol açır
Araşdırmanın baş müəllifi, Yeni Zelandadakı Oklend Universitetində doktorant olan Karolin Nider müxtəlif köpəkbalığı növləri üzərində davranış təcrübələri apararkən bu hadisəni təsadüfən müşahidə edib.
“USA TODAY”ə danışan Nider deyib: “Bu, indiyə qədər eşidilməmiş bir şey idi, ona görə də əvvəlcə mənası mənə aydın deyildi”.
Doktorantura təhsilini başa vurduqdan sonra Nider bu səslər barədə daha çox məlumat əldə etmək üçün araşdırmalarını davam etdirib. O, 2021-ci ilin mayından 2022-ci ilin aprel ayına qədər 10 rig köpəkbalığını müşahidə edib və onların hamısının eyni səsləri çıxardığını qeydə alıb.
Köpəkbalıqları niyə səs çıxarır? – Alimlərin bir fərziyyəsi var
Köpəkbalıqları qazla dolu, balıqların dərinliyi tənzimləməsinə və səs çıxarmasına kömək edən üzmə kisəsinə malik olmayan balıq növünə aiddir. Bu xüsusiyyət alimlərin köpəkbalıqlarını, həmçinin skat və mişarbalığı kimi digər qığırdaqlı balıqları səssiz hesab etməsinin əsas səbəblərindən biri idi.
Lakin yeni tədqiqatlar bu fikrin səhv ola biləcəyini göstərir. 2022-ci ildə İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin alimləri iki skat növünün mümkün xəbərdarlıq və ya təhlükə siqnalı kimi qəbul edilə biləcək tıqqıltı səsləri çıxardığını qeydə alıblar.
Bu fenomen köpəkbalıqlarında da müşahidə edilə bilər.
Niderin sözlərinə görə, köpəkbalıqları onunla uzun müddət təmasda olduqdan sonra səs çıxarmağı dayandırıblar. O, həmçinin onların nə yemək yeyərkən, nə də akvariumda sərbəst üzərkən bu səsləri çıxardığını görmədiyini əlavə edib.
Hazırda Massaçusetsdəki “Woods Hole” Okeanoqrafiya İnstitutunda postdoktorantura araşdırmaçısı kimi çalışan Nider köpəkbalıqlarının insan müdaxiləsi olmadan, təbii mühitlərində səs çıxarıb-çıxarmadığını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.

AzPost.az

Post navigation

Previous: Lənkəranda “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat edib
Next: İnternetdən imtina beyninizi 10 il cavanlaşdırır –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.