Elmar Vəliyevi güllələyən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edildi –

QƏRAR
16 Avqust 2021 - 18:07

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Yunis Səfərov məhkəmədə son söz deyib. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmadığını bildirib: “Özümü yalnız sabiq icra başçısı Elmar Vəliyevi vurmaqda təsirli bilirəm”.