Elmlər doktoru işini tamamlayanların yarıdan çoxu qadın olub

Ötən il Azərbaycanda 133 nəfər elmlər doktoru proqramı üzrə təhsilini başa vurub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təhsilini başa vuranların 11 nəfəri dissertasiya müdafiə edib.
Qeyd edək ki, elmlər doktoru proqramı üzrə təhsilini başa vuranların 62,4%-i və ya 83 nəfəri qadınlar olub.

Elmlər doktoru proqramı üzrə buraxılışın 92,5%-i (123 nəfər) paytaxt Bakının payına düşüb. Bundan başqa, proqramı başa vuranlardan 5 nəfəri Sumqayıt şəhərində, 3 nəfəri Abşeron rayonunda, 2 nəfəri isə Naxçıvan şəhərində qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.