Elon Mask Trampla bağlı paylaşımına görə peşman olub –"Təəssüflənirəm"

Elon Mask Trampla bağlı paylaşdığı fikirlərə görə təəssüfləndiyini bildirib.

O, bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Elon Musk keçən həftə Trampla bağlı paylaşdığı fikirlərə görə təəssüfləndiyini və hadisənin bu qədər böyüməməli olduğunu düşündüyünü bildirib: “Ötən həftə prezident haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Məsələ çox irəli getdi”.

Xatırladaq ki, İlon Mask ötən həftə ABŞ prezidenti Donald Trampla yaşanan fikir ayrılığından sonra sosial şəbəkədə paylaşım edərək, onun seçki kampaniyasına əvvəlcə verdiyi dəstəyə görə təəssüfləndiyini bildirib. O qeyd edib ki, Trampın siyasi ritorikası və son davranışları gözləntilərini doğrultmayıb. Mask paylaşımında həmçinin Trampın adının uşaq istismarı ilə bağlı ittiham olunan Cefri Epstaynın sənədlərində keçməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb. Milyarder bu faktların onun dəstək qərarını yenidən nəzərdən keçirməsinə səbəb olduğunu bildirib.

Tramp da İlon Maskla münasibətlərinin pisləşdiyini istisna etməyib.

“Baxın, İlonla mənim əla münasibətimiz var idi. Bunun belə davam edəcəyinə isə əmin deyiləm”, – Tramp deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.