Elton Məmmədovun vəzifəsi Əli Abbasova verildi

06 Mart 2020 - 16:42

Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

R.Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.

Akademiyadan “Report”a bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ə.Abbasovla bağlı ilk xəbəri unikal.org yayıb.