Əməkdar artist Vahid Əliyev vəfat edib

Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O, bu gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə Əməkdar artist fəxri adına, 2017, 2018 və 2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.