Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Mövsüm Hüseynov
Mövsüm Hüseynov

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mövsüm Hüseynov vəfat edib.

Bu barədə AzPost-a Sumqayıt Dövlət Dram Teatrından bildirilib.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Mövsüm Turbəndə oğlu Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb.

2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib.

Mövsüm Hüseynov 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.