Tanınmış Türkiyəli müğənni Emel Sayın hər birimizin Şaban olaraq tanıdığı mərhum aktyor Kamal Sunal barəsində maraqlı xatirəsini paylaşıb.
Azpost.info bildiri ki, müğənni “Mavi Boncuk” filminin çəkilişləri zamanı rastlaşdığı hadisəni xatırlayıb. “Bir gün çəkilişdən çıxıb evə getdik. Mən Laləlidə yaşayırdım. Kamal məndən əvvəl getdi. Hamı gündəlik maaşını almışdı. Gördüm ki, Kamal evə piyada gedir. Yaşadığı ev ilə çəkiliş meydançasının arası təxminən 3 km olardı. Sən demə hər gün piyada gedib-gəlirmiş. Onun hara getdiyi məni maraqlandırdı. Ardınca düşdüm və skamyada uzanmış bir adama yaxşınlaşdı. Onunla nəsə danışdı, sonra cibindən pul çıxarıb verdi. Mən təəccübləndim. Bir az irəlidə restorana girdi və heç nə yemədən orada da pul verib çıxdı. Skamyada oturan adama yaxınlaşdım: “Sənə pul verən o adamı tanıyırsanmı?” Dedi ki, adını bilmirəm, soruşmuram, amma mənə hər gün pul verir.
Bir az qabaqdakı restorana getdim və dedim ki, bayaq gələn adamın sizə borcu var idi? Kamal bəyi deyirsinizsə hər gün bizə evsizlər gəlir, biz onları yedizdiririk, o isə yemək pulunu ödəyir.”