Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

AFFA-dan verilən məlumata görə, Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Zirə”nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.