Əmlak bazarında durğunluq hökm sürür- Nə baş verir?

“Əmlak bazarında alqı-satqı prosesində durğunluq hökm sürür”. Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, bunun səbəbi ipoteka kreditlərinin verilməsinin azalmasıdır:
“Dekabr ayının 2-ci yarısından ipoteka kreditlərinin verilməsi kəskin azalıb. Yəni, banklar büdcəni istifadə ediblər. Ötən il dekabr ayında artıq ipotekaların verilməsi dayandı, yanvar-fevral ayında durğunluq baş verdi. Bunun nəticəsində ölkədə qiymət artımı demək olar ki, dayandı. Fevral-mart ayında nisbətən aktivlik artdı. Amma bunun da ümum bazara təsiri olmadı”.
Ekspert hazırda bazarda yanvar ayı ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib:
“Düşünülür ki, fevral ayının ikinci yarısından ipotekaların verilməsinə başlanıldıqdan sonra bazarda aktivlik yarana bilər. Bu, sırf ipotekayönlü əmlaklara aiddir”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.