Emoməli Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Prezidenti məlumatlandırıb

12 İyul 2021 - 13:38

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında bu gün baş tutmuş telefon danışığında tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.