Emomali Rahmon rəsmən 6-cı dəfə Tacikistan prezidentliyinə namizədliyini irəli sürüb

Tacikistanın hakim Xalq Demokratik Partiyası keçmiş sovet məkanında ən uzun hakimiyyətə sahib hazırkı prezident Emomali Rahmonun növbəti dəfə prezidentliyə namizədliyini rəsmən irəli sürüb.

Rahmon partiyanın sentyabrın 3-də keçirilən qurultayında şəxsən iştirak etmirdi. Beləliklə 67 yaşlı Rahmon oktyabrın 11-də keçiriləcək seçkidə 6-cı müddətə prezident olmaq uğrunda mübarizə aparacaq.

Hökumət rəsmilərinin verdiyi məlumata görə Rahmon sentyabrın 3-də Milli Qvardiyanın yaradılmasının 25-ci ildöünümünə həsr olunmuş tədbirə qatılmışdı.

Xalq Demokratik Partiyasının qurultayına müstəqil jurnalistləri buraxmayıblar.

Emomali Rahmonun prezidentliyə namizədliyini Müstəqil Həmkarlar Təşkilatları İttifaqı irəli sürüb.

Son vaxtlar dolaşan şayiələrə görə, ölkəyə 1992-ci ildən rəhbərlik edən Rahmon hazırda paytaxt Düşənbənin meri olan oğlu Rustam Emomalinin xeyrinə prezident seçkisinə qatılmaqdan imtina etməliydi.

Tacikistanda Rahmonun bu dəfə də seçki qalibi olacağı heç kimdə şübhə doğurmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Şurası İlqar Məmmədova görə Azərbaycana qarşı başladığı xüsusi proseduru dayandırdı

Sonrakı məqalə

Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşdı –