Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşdı –VİDEO

Bakıda qaldırıcı kran aşıb.

Hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: “Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik”. (APA)

https://youtu.be/NRe07xXhsfg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Emomali Rahmon rəsmən 6-cı dəfə Tacikistan prezidentliyinə namizədliyini irəli sürüb

Sonrakı məqalə

Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi həbs olundu –