Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

EMTA və MEDİA media nümayəndələri üçün seminar keçirib

Orkhan Ali 19 Sentyabr 2024 - 16:33 (Last updated: 21 May 2025 - 20:15)
66ec175956ac166ec175956ac2172674850566ec175956abe66ec175956ac0

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə energetika sahəsi üzrə ixtisaslaşmış jurnalistləri bu sahə ilə əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş terminlərlə, eləcə də yeni qaydalarla tanış etmək məqsədilə seminar keçirilib.

Seminarı giriş sözü ilə açan EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov ölkəmizdə genişmiqyaslı enerji layihələrinin həyata keçirildiyini bildirib. O, dünyada ənənəvi enerji resurslarının bərpaolunan enerji resursları ilə əvəzlənməsi prosesinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edən İdarə Heyətinin sədri bu ilin noyabr ayında Azərbaycanın vacib qlobal tədbirə – COP29-a ev sahibliyi edəcəyini xatırladaraq Azərbaycanın təbliğində, aparılan islahatların həm ölkə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin əhəmiyyətli rolunun olduğunu deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, MEDİA sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə müxtəlif qurumlarla əməkdaşlıqda bir sıra təlimlər, seminarlar və digər formatda tədbirlər təşkil edir. O, EMTA-nın bu istiqamətdə MEDİA ilə əməkdaşlığını və sözügedən seminarın təşkilini ümumilikdə energetika sahəsi üzrə ixtisaslaşan jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərəcək addım kimi qiymətləndirib.

Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov “Azərbaycan Respublikasının elektroenergetika sektoruna baxış və “yaşıl enerji”yə keçid”, EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev isə “Tikinti obyektlərinin elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması” mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb.

Post navigation

Previous: Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında iştirak edib
Next: “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı keçirilib –

Oxşar xəbərlər

media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50

xƏBƏR

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin...
Read more about Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.