Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Ən çox izlənilən TV proqramlar açıqlandı: “Komedixana” lider oldu –

User 27 İyul 2026 - 14:54
televiziya-kanallari

2026-cı ilin ilk altı ayında Azərbaycanda ən çox izlənilən televiziya proqramı Xəzər TV-də yayımlanan “Komedixana” olub.

Azpost.info bildirir ki, bu barədə Yeniavaz.com televiziya kanallarının auditoriya reytinqlərini ölçən “Marsa” şirkətinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, “Komedixana” yanvar, fevral, mart, aprel, may və iyun aylarının hər birində reytinq cədvəlinin ilk pilləsində qərarlaşıb və ilin ilk yarısının ən populyar televiziya proqramı adını qoruyub.

TOP-15-də Xəzər TV üstünlük təşkil edib

“Marsa”nın hesabatına əsasən, 2026-cı ilin ilk yarısında açıqlanan TOP-15 reytinq siyahısına daxil olan proqramların yarısı Xəzər TV-yə məxsus olub.

Hesabat dövründə ümumilikdə 32 fərqli televiziya proqramı və yayım reytinq siyahısına daxil edilib.

Kanallar üzrə bölgü belə olub:

Xəzər TV – 16 proqram;

ARB TV – 7 proqram;

ATV – 4 proqram;

Space TV – 3 proqram.

Bundan başqa, CBC Sport TV və İctimai Televiziya (İTV) yalnız UEFA Çempionlar Liqasının oyunlarının yayımı sayəsində reytinq siyahısında yer alıb.

Bu kanallar TOP-15-ə düşə bilməyib

Hesabata əsasən, AzTV, ARB 24, Real TV, Mədəniyyət TV, İdman TV və digər televiziya kanallarının heç bir proqramı 2026-cı ilin ilk altı ayında TOP-15 reytinq siyahısına daxil ola bilməyib.

Beləliklə, “Marsa”nın reytinq göstəriciləri Xəzər TV-nin ilk yarımildə televiziya auditoriyası arasında ən uğurlu kanal olduğunu, “Komedixana”nın isə ölkənin ən çox izlənilən televiziya proqramı statusunu qoruduğunu göstərir.

AzPost.az

Post navigation

Previous: Xəzərdə yeni böhran: Ukraynanın zərbəsi İranı hədəfə aldı –
Next: Cəbhədən kitab göndərən əsgər –

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə “24 TV” məlumat...
Read more about Ərdoğan Zelenskini qəbul edib
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.