Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Xəzərdə yeni böhran: Ukraynanın zərbəsi İranı hədəfə aldı –

User 27 İyul 2026 - 14:34 (Last updated: 27 İyul 2026 - 14:34)
abs gemi irana

Ukraynanın Xəzər dənizi vasitəsilə Rusiya ilə İran arasında hərbi yüklər daşıyan yük gəmisinə endirdiyi son zərbə münaqişənin yeni mərhələyə keçdiyini və coğrafiyasının genişləndiyini göstərir.

Azpost.info bildirir ki, bu barədə Fortune nəşri yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın və İranın logistika zəncirində istifadə olunan gəminin məhv edilməsində Ukraynanın iştirakını təsdiqləyib. O, həmçinin xüsusi xidmət orqanlarına Kremlin İran rejiminə göstərdiyi dəstəyin miqyası barədə müttəfiqləri məlumatlandırmağı tapşırıb.

Zelenskinin sözlərinə görə, Rusiya İrana ABŞ hərbi bazaları və Fars körfəzi ölkələrinin obyektlərinə dair peyk görüntüləri təqdim edir. Prezident sosial şəbəkədə bildirib ki, bu məlumatlardan İran qüvvələri həm hücumların planlaşdırılması, həm də zərbələrin nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.

Rəsmi Tehran isə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyi barədə ittihamları rədd edir. Buna baxmayaraq, Kiyev uzun müddətdir ki, İranın Rusiyaya zərbə tipli pilotsuz uçuş aparatları verdiyini bəyan edir.

Bundan başqa, İran rəhbərliyi Avropa ölkələrini baş verən hadisəyə görə Ukrayna hakimiyyətini məsuliyyətə cəlb etməyə çağırıb. Financial Times yazır ki, Tehranda bu hadisə Xəzər dənizinin artıq təhlükəsiz zona olmadığını göstərən ciddi siqnal kimi qiymətləndirilib. Nəşrin qeydinə görə, bu cür insidentlər ABŞ-la danışıqlar fonunda İrana təzyiq vasitəsinə çevrilə bilər.

Vaşinqton və Tehran arasında qarşılıqlı zərbələr müvəqqəti dayansa da, qarşıdurma yeni formatda davam edir. Eyni zamanda, Oman vasitəçiliyi ilə Hörmüz boğazının açılması ilə bağlı məsləhətləşmələr aparılır. Associated Press-in məlumatına görə, tərəflər təhlükəsiz gəmiçiliklə bağlı razılaşmanın imzalanmasına yaxınlaşıblar.

Bildirilib ki, Xəzər hövzəsi cəbhə xəttindən təxminən min kilometr uzaqda yerləşsə də, Ukraynanın əvvəllər Rusiyanın enerji infrastrukturuna qarşı istifadə etdiyi uzaqmənzilli pilotsuz aparatları bu məsafəni qət etməyə imkan verib.

Berlinin SWP analitik mərkəzinin eksperti Həmidreza Əzizi hücumun bir neçə mümkün səbəbini göstərib. Onun fikrincə, Kiyev bu addımla Qərb müttəfiqlərinə faydalılığını nümayiş etdirməyə və “Patriot” kimi vacib silah sistemlərinin fasiləsiz tədarükünü təmin etməyə çalışmış ola bilər.

Ekspert hesab edir ki, ABŞ və İsrail də İran ərazisini birbaşa bombalamadan Tehrana təzyiqi artırmaqda maraqlı ola bilərlər. Bundan başqa, bu hücum Yəməndə husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerlərə hücumlarına cavab kimi də qiymətləndirilə bilər.

Analitik bildirir ki, Xəzər istiqamətində baş verən hadisələr və ABŞ-ın Hind okeanındakı dəniz blokadası birlikdə İrana iqtisadi və hərbi təzyiqi daha da artırır.

Onun fikrincə, Tehran cavab olaraq Ukrayna ilə əlaqəli gəmilərə qarşı diversiyalar təşkil edə, Ukrayna obyektlərinə zərbələr endirə və ya siyasi addım ataraq Krım və Donbası Rusiyanın tərkib hissəsi kimi tanıya bilər.

Məqalədə qeyd olunur ki, Ukrayna son dövrlər Yaxın Şərq ölkələri ilə əlaqələrini də gücləndirir. Bu ilin yazında Kiyev Səudiyyə Ərəbistanı ilə pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyalarının mübadiləsini nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Prezident Volodimir Zelenski isə BƏƏ və Qətərə səfərlər edib.

Xatırladılır ki, Xəzər dənizi əvvəllər də oxşar hadisələrin mərkəzində olub. The Wall Street Journal daha əvvəl İsrail qüvvələrinin İranın Bəndər-Ənzəli limanına silah tədarükü ilə bağlı qalmaqallar fonunda zərbələr endirdiyini yazmışdı.

N.Talıbov

AzPost.az

Post navigation

Previous: Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –
Next: Ən çox izlənilən TV proqramlar açıqlandı: “Komedixana” lider oldu –

Oxşar xəbərlər

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02

xƏBƏR

et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Azərbaycanda mal ətinin orta qiyməti 1 kiloqram üçün 10,78 dollar təşkil edir. Azpost.info bildirir ki, yaşayış xərcləri,...
Read more about Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.