“Ən çox pul Amerikadadır, heç kim bizimlə rəqabət apara bilməz” –TRAMP

Ən çox pul Amerikadadır
Ən çox pul Amerikadadır

“Ən çox pul Amerikadadır, heç kim bizimlə rəqabət apara bilməz” – Tramp

“Tarif yaxşı şeydir. Heç kim bizimlə rəqabət apara bilməz. Çünki bizdə ən böyük pul ehtiyatı var. Ona görə də bu, çox tez baş verəcək”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp “Fox News”-a müsahibəsində deyib.

Tramp əczaçılıq sahəsi ilə bağlı planını da açıqlayıb: “Sənayemizi geri qaytarmaq üçün əczaçılıq sahəsi ilə də məşğul olacağıq. Biz əczaçılıq sənayesini ölkəyə qaytarmaq istəyirik. Bunun yolu divar çəkməkdir, o divar isə tarif divarıdır. Bir sözlə ən çox pul Amerikadadır“.

Tramp deyib ki, ABŞ dünyanın ən varlı ölkəsi olub: “Biz dünyanın ən zəngin ölkəsi idik. 1870-ci ildən 1913-cü ilə kimi sərvətimizin zirvəsində idik. Çünki o zaman biz tarif ölkəsi idik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.