Ən yaşlı adam bu ölkədə tapıldı: 140 yaşı, 100 nəfərlik ailəsi var

Ən yaşlı adam
Ən yaşlı adam
140 yaşında olduğu güman edilən kişi Əfqanıstanın şərqindəki Xost əyalətində yaşayır.
Qaynarinfo “Tolo news” portalına isrinadən xəbər verir ki, o, dünyanın ən yaşlı insanı ola bilər.
Məqalədə deyilir: “Dünyanın ən uzunömürlü insanı sayıla bilən Akel Nazirin 100 nəfərlik ailəsi var. O, tez-tez Xost şəhərinin iki rayonu: Sabari və Yakubi arasında səfərdə olur”.
O bildirilib ki, Əfqanıstan Britaniyadan müstəqillik qazananda onun təxminən 30 yaşı olub. O, həmçinin Əfqan kralı Əmanullah Xanın hakimiyyətinin və Britaniya idarəçiliyindən müstəqillik gününün qeyd edilməsinin şahidi olduğunu deyib.
Məqalədə deyilir ki, Əfqanıstanda arxiv işi bunun üçün kifayət qədər inkişaf etdiyi üçün Akel Nazirin ailəsi hökumətdən onun yaşını sənədlərlə təsdiq etməyi xahiş edir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.