Ən yüksək və ən aşağı keçid balı olan İXTİSASLAR

Tələbə
Tələbə

2024-cü il üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbulda ən yüksək keçid balı I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi ixtisasında (tədris ingilis dilində, BANM) qeydə alınıb – 687.1 bal.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ən aşağı keçid balı isə yenə I ixtisas qrupu üzrə energetika mühəndisliyi ixtisasına (ADAU) aiddir – 203.3 bal.

“Digər yüksək keçid balları olan ixtisaslara kimya mühəndisliyi (BANM, 678.0 bal), kompüter elmləri (BANM, 653.4 bal), maliyyə (ADİU, 636.7 bal), hüquqşünaslıq (BDU, 653.6 bal), tibb (ATU, 681.2 bal) və stomatologiya (ATU, 589.4 bal) daxildir.

Ən aşağı keçid balları olan digər ixtisaslara isə maşın mühəndisliyi (AzMİU – 203.4 bal), “Cihaz mühəndisliyi” (ADNSU – 203.5 bal), “Ekologiya” (QKU – 219.7 bal), “Turizm bələdçiliyi” (MDU – 267.9 bal) daxildir”, – deyə DİM rəhbəri bildirib.

©Modern.az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.