Ər-Riyad Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazırdır.
Azpost.info xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdül Rəhman bin Süleyman əl-Əhməd deyib.
“Səudiyyə Ərəbistanı milli təhlükəsizlik müşavirlərinin iclaslarında iştirak edərək Ukraynadakı böhranın deeskalasiyasına yönəlmiş bütün qərarları dəstəklədiyini bildirir. Bütün tərəflər arasında əlaqə yaratmaq üçün vasitəçilik səylərini həyata keçirməyə hazırıq”, – səfir bildirib.
Azpost.info