Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda Kiyevin 800 milyard dollarlıq maliyyə dəstəyi proqramı müqabilində ərazidən imtina etməsini müzakirə edəcəklər.
AzPost bildirir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Danışıqlarda sülh müqaviləsinin əsasını təşkil etməsi gözlənilən dörd sənəd təqdim olunacaq.
Onlardan biri Ukrayna qüvvələrinin Donbasdan tamamilə çıxarılması ilə bağlıdır.