Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Can Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edirəm. Həyatları bahasına Azərbaycanın müstəqilliyinə sahib çıxan, istiqlal və istiqbal yolunda verdiyimiz şanlı mücadilələri şəhadətləriylə taclandıran bütün qəhrəmanlarımızı rəhmət və sayğıyla yad edirəm”.