Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib.
Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.