Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı “X” platformasında paylaşım edib.

“Dostumuz, qardaşımız, iki dövlət, bir millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 oktyabr Müstəqilliyin Bərpası Gününü təbrik edirəm. Prezident və dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”, – deyə təbrikdə bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.