Ərdoğan Fələstin dövlətini tanımağa, İsrailə silah satışını dayandırmağa çağırıb

“Daha ədalətli bir dünya mümkündür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir: “BRICS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.

Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.