Türkiyə prezidenti Ərdoğan parlament seçkilərində qələbə münasibəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.
Azpost.info-nun məlumatına görə bu barədə Ərdoğanın müraciətində bildirilir.
“2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərində liderliyinizlə “Gürcü Arzusu” partiyasını qələbəsi və birinci yeri tutması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Nə yaxşı ki, gürcü xalqının iradəsini ortaya qoyan seçkilər dinc və təhlükəsiz şəraitdə keçdi. Fürsətdən istifadə edərək, bir daha Sizə cansağlığı və xoşbəxtlik, dost Gürcüstan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”-deyə Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə müraciətində vurğulayıb.