Ərdoğan Pezeşkianla İran-israil qarşıdurmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər İsrail-İran münaqişəsini, regional və qlobal məsələləri müzakirə edib.

Məlumata görə, Ərdoğan İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.