Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.
Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.
**
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 27 Sentyabr – Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib.
“Anadolu” agentliyi xəbər verir ki, R.T.Ərdoğan Anım Günü münasibətilə şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
