Ərdoğan Tramp, Səudiyyə vəliəhdi və Suriya lideri ilə görüşündən danışdı

“Bu gün səhər ABŞ prezidenti Tramp,  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məmməd bin Salman,  Suriya prezidenti Əhməd əl-Şara ilə dördtərəfli görüşümüz oldu. Ümid edirəm ki, bu görüşün nəticələrini tezliklə görəcəyik”.

AzPost bildirir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan paylaşımında bildirib.

Ərdoğan Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayan ABŞ prezidenti Trampa təşəkkür edib.
“Qəzzada indi vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm. Ümid edirik ki, tezliklə Qəzza zolağı ilə bağlı ürəkaçan xəbərlər alacağıq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.