“Tramp ilə telefon danışığı zamanı Venesuelanın sabitliyinin qorunmasının vacibliyini vurğuladıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Dünyanın harasında olursa olsun, o, siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir hərəkəti dəstəkləmir.
O, bu çətin günlərdə dost Venesuela xalqına dəstəyini vurğulayaraq sözlərinə belə davam edib: “Venesuela məsələsində də həm Türkiyə üçün, həm də dost Venesuela xalqı üçün ən yaxşı, ən doğru olanı etməyə çalışırıq. Cənab Maduro və Venesuela xalqı dəfələrlə xalqımıza dost olduğunu göstərmişdir. İki dost ölkə olaraq çətin günlərimizdə bir-birimizlə həmrəylik göstərməyə önəm və üstünlük verdik. Bu gün də eyni anlayışla hərəkət edirik.
Bu bir həqiqətdir ki, ölkələrin suverenlik hüquqlarının pozulması və beynəlxalq hüququn kobud şəkildə pozulması qlobal səviyyədə ciddi fəsadlara yol aça biləcək riskli addımlardır. Qüvvənin hüquqa üstün gəldiyi bir dünyada isə sabitlik, böhran və münaqişə heç vaxt bitməz. Biz, Türkiyə olaraq, nə bölgəmizdə, nə də digər bölgələrdə xaos, qarışıqlıq və gərginliyin olmasını əsla istəmirik. Qaydalar üzərində qurulmuş beynəlxalq sistemin qorunması bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Ərdoğan qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında ölkəsinin xarici siyasət üzrə həssas olduğu məsələləri ona çatdırıb və xüsusilə Venesuelada sabitliyin qorunmasının vacibliyini vurğulayıb. /APA/