Ərdoğandan Putin-Tramp görüşünə reaksiya –"Türkiyə sülhə töhfə verməyə hazırdır"

“ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinin bitməsi axtarışına yeni təkan verib“.
AzPost bildirir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan paylaşımında bildirib.
“Alyaska sammitini məmnuniyyətlə qarşılayır və arzu edirik ki, bu yeni proses Ukrayna prezidenti Zelenskinin iştirakı ilə davamlı sülhün təməlini qoysun. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfəni verməyə hazırdır”-deyə Ərdoğan vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.