Ərdoğanın ABŞ-a səfərinin ləğvi barədə heç bir məlumat yoxdur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Co Baydenlə danışıqlar üçün ABŞ-a səfərinin ləğvi ilə bağlı Ankaraya heç bir məlumat daxil olmayıb.

Azpost.info bildirir ki, bu barədə “Hürriyet” qəzeti Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazır.

“ABŞ-dan prezident Ərdoğanın ABŞ-a səfərinin ləğv olunduğuna dair heç bir məlumat yoxdur. Amerikalılar artıq bu səfərin baş tutmasını istəyirlər”, – nəşr yazır.

Qeyd olunur ki, Ərdoğanla Bayden arasında danışıqlar mayın 9-na planlaşdırılıb. Türkiyə Xarici İşlər Nazirliyi və Prezident yanında Xarici Əlaqələr İdarəsi səfərin ləğvi ilə bağlı hər hansı göstəriş almayıb.

Ərdoğan may ayında ABŞ-a səfəri zamanı Baydenlə Ukraynadakı mövcud vəziyyətin yaratdığı riskləri müzakirə etməyi planlaşdırır. Prezidentlər həmçinin Qəzza və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı dialoq aparacaqlar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.